...

AZAL-dan Bakı-İstanbul istiqamətində uçuşlarda xüsusi aksiya

Cəmiyyət Materials 30 İyun 2015 17:43 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-İstanbul/İstanbul-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiya keçirir.
AZAL-dan Bakı-İstanbul istiqamətində uçuşlarda xüsusi aksiya

Azərbaycan, Bakı, 30 iyun /Trend/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul/İstanbul-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiya keçirir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı-İstanbul-Bakı (İstanbul-Bakı-İstanbul) (Sabiha Gökçen) istiqamətində biletlər сəmi 239 avro/279 ABŞ dolları təşkil edir.

Bu qiymətə daxildir:

- uçuş və satış tarixləri 01.10.2015-сi il tarixinə kimi
- aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir
- bu siniflər üzrə "mile-ballar" hesaba əlavə olunmur
- yerlər məhdud ola bilər
- maksimal qalma müddəti bir ay
- yığımlar və rüsumlar daxildir

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət etmək olar: +(99412) 598-88-80; *8880; e-mail: [email protected] və ya "Azərbaycan Hava Yolları" QSC satış ofisləri.

"Azərbaycan Hava Yolları" (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə "Azərbaycan Hava Yolları" 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən taninmış konsaltinq şirkəti "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti