...

Azərbaycanda “Hamilə Qadınların Elektron Reyestri”i yaradılır

Cəmiyyət Materials 1 İyul 2015 13:23
Azərbaycanda ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığının təmin edilməsi məqsədi ilə “Hamilə Qadınların Elektron Reyestri”i yaradılır.
Azərbaycanda “Hamilə Qadınların Elektron Reyestri”i yaradılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığının təmin edilməsi məqsədi ilə "Hamilə Qadınların Elektron Reyestri"i yaradılır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planında hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron reyestrinin yaradılması nəzərdə tutulub.

"Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi" layihəsi çərçivəsində "Hamilə Qadınların Elektron Reyestri"nin işlənib hazırlanması və tətbiqi həyata keçirilir.

Reyestrdə hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatlar toplanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti