...

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

Cəmiyyət Materials 2 İyul 2015 14:48 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin mobil tətbiqi (application) istifadəyə verilib. IOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan mobil tətbiqi App Store və Google play mağazalarından yükləmək olar.
Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi (application) istifadəyə verilib. IOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan mobil tətbiqi App Store və Google play mağazalarından yükləmək olar.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu tətbiq vasitəsi ilə istifadəçilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat əldə edə, Mərkəzlə bağlı ən son xəbərləri izləyə, tədbirlər və sərgilər haqqında informasiya ala bilərlər.

Mobil tətbiq eyni zamanda, Mərkəzdəki sərgi və konsertlərə "online bilet" almaq üçün imkanlar yaradır. Belə ki, bu tətbiqdə "E-bilet" bölməsində Mərkəzdə təşkil olunan sərgi və konsertlərə bilet almaq olar. Hər bir istifadəçinin aldığı bilet "Biletlərim" yarımbölməsində toplanır, eyni zamanda həmin şəxsin elektron ünvanına təsdiq məktubu gəlir. İstifadəçi (tamaşaçı) tədbirə gələrkən mobil tətbiq vasitəsi ilə alınan bileti mobil telefonundan (və ya elektron ünvanına gələn bileti çap edərək) nəzarətçiyə təqdim edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti