...

TQDK-dan rezidenturada oxumaq istəyənlərə tövsiyə: "Öz istəyinizə uyğun olan ixtisasları seçin"

Cəmiyyət Materials 13 İyul 2015 16:40 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturada oxumaq istəyən şəxslərə öz tövsiyələrini verib.
TQDK-dan rezidenturada oxumaq istəyənlərə tövsiyə: "Öz istəyinizə uyğun olan ixtisasları seçin"

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturada oxumaq istəyən şəxslərə öz tövsiyələrini verib.

Komissiyadan Trend-ə verilən məlumata görə, namizədlər qəbul olduqları ixtisas üzrə rezidenturada tədris prosesi başladıqdan sonra bu ixtisasın onların arzu və istəklərinə uyğun gəlmədiyini başa düşür və rezidenturadan xaric olaraq, yenidən imtahan verib başqa ixtisasa qəbul olmaq qərarına gəlirlər. Namizədlərin ailə vəziyyəti və az da olsa digər ölkələrdə keçirilən müvafiq imtahanlarda uğur qazanması ilə əlaqədar təhsil almaqdan imtina etməsi halları da məlumdur.

TQDK bütün bunları nəzərə alaraq namizədlərə ixtisas seçimindən əvvəl mütəxəssis olmaq istədikləri sahə, eləcə də baza tibb müəssisəsinin texniki və kadr potensialı üzrə araşdırma aparmağı, təhsil almaq istədikləri ixtisas üzrə təhsil proqramı ilə (www.health.gov.az) tanış olmağı, seçəcəkləri ixtisasın onların tələblərinə cavab verib-vermədiyini müəyyən etməyi tövsiyə edir: "Sizə istiqamətlər üzrə bütün ixtisasları (məsələn, Müalicə işi, Pediatriya istiqaməti üzrə 65 ixtisas) seçmək imkanı verilir. Amma siz öz arzu və istəklərinizə uyğun olan ixtisasları seçin ki, sonradan imtina etmək zərurəti ilə qarşılaşmayasınız. Nəzərə alın ki, qəbul olunduğunuz, lakin arzunuza uyğun olmayan ixtisasdan sonradan imtina etməyiniz başqa bir namizədin arzusuna çatmaması, eyni zamanda, plan yerinin boş qalması və dövlət büdcəsindən ayrılan maliyə vəsaitinin səmərəsiz xərclənməsi ilə nəticələnir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti