Əflatun Amaşov: Mediamız Azərbaycan cəmiyyətinin istək və arzularının, duyğu, düşüncə və hisslərinin ifadəçisinə çevrildi

Əflatun Amaşov: Mediamız Azərbaycan cəmiyyətinin istək və arzularının, duyğu, düşüncə və hisslərinin ifadəçisinə çevrildi

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Möhtərəm cənab Prezident. Milli mətbuatımızın tarixi mərhələsinin yaşandığı bu günlərdə bizləri - media nümayəndələrini qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Yubiley sevincini media təmsilçiləri ilə bölüşməyiniz bizim üçün böyük fəxrdir. Mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınız ötən müddətin yaşantılarına, mətbu irsimizə verilən ən böyük dəyərdir. Bu dəyər milli mətbuatımızın yubileylərinin qeyd edilməsi ilə bağlı ənənəyə söykənir. Ənənənin təməli isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı çıxış edərək bildirib.

Onun sözlərinə görə, media cəmiyyətin güzgüsüdür.

"Azərbaycan Prezidenti cəmiyyətin fövqündə dayanan ali şəxsdir. Ötən 140 ilin xalqımıza, millətimizə bəxş etdiyi mənəvi dünya zənginliyi müstəqil dövlətimizin gələcək varlığı baxımından son dərəcə vacibdir. Bu dəyəri yaşatmaq missiyası, cənab Prezident, Sizin tərəfinizdən uğurla həyata keçirilməkdədir. Buna görə də milli mətbuatımızın yubileylərindən ən böyük sevinc payı məhz Sizə düşür. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti birinci Avropa Oyunlarında qazandığımız möhtəşəm qələbənin sevinci ilə yaşayır. Oyunlar təkcə idman hadisəsi deyil, eyni zamanda, xalqımızın dünyaya sülh çağırışı, mədəniyyətimizin təbliği, mənəvi xəzinəmizin tərənnüm meydanı idi. Sizin sayənizdə bu missiya çox uğurla həyata keçirildi. Yüksək diqqət və qayğınız, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi yorulmaz fəaliyyəti böyük uğurumuzun təminatı qismində çıxış etdi", Əflatun Amaşov deyib.

Amaşov bildirib ki, Birinci Avropa Oyunları xalqımız və dövlətimiz üçün tarixi sınaq idi.

"Qətiyyətlə və fəxrlə deyə bilərik ki, biz bu sınaqdan ləyaqətlə çıxdıq. Avropaya və dünyaya varlığımızı, böyüklüyümüzü nümayiş etdirməyi bacardıq. Tam əminik ki, Sizin sayənizdə Vətənimiz Yay Olimpiya Oyunlarına da ev sahibliyi edəcək. Birinci Avropa Oyunlarının keçirilməsinə jurnalistlərimiz də layiqli töhfə verdilər. Onlar ölkəmizə qarşı yönələn anti-Azərbaycan kampaniyası ilə mübarizədə vahid platformadan çıxış etdilər. Mediamız siyasi yönümündən asılı olmayaraq Azərbaycan cəmiyyətinin istək və arzularının, duyğu, düşüncə və hisslərinin ifadəçisinə çevrildi. Azərbaycan mediası həmrəyliyi ilə tarixi imtahandan şərəflə çıxdı", Amaşov qeyd edib.

Onun sözlərinə görə, ümumən Azərbaycan mətbuatının ötən 140 ili çoxsaylı sınaqlarla xarakterikdir.

"Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" xalqımızda milli kimlik hissini, milli şüuru oyatdı. "Əkinçi"dən doğan qığılcımlar "Ziya", "Ziyayi Qafqaziyə", "Kaspi", "Şərqi-rus", "Həyat" qəzetlərinin, "Kəşkül", "Fyüzat", "Molla Nəsrəddin" jurnallarının və digər mətbu orqanların fəaliyyətlərində əbədi məşələ çevrildi, dövlət müstəqilliyimizə aparan yolun ideoloji bazasını formalaşdırdı. Bu baza o qədər möhkəm oldu ki, hətta sovet dövrünün qadağaları belə milli oyanış hissinin qarşısında dayana bilmədi. Jurnalistlərimiz istiqlal mücadiləmizin ön sıralarında getdilər. Onlar ötən əsrin əvvəllərində olduğu kimi, sonlarında da müstəqillik ideyasının carçısı kimi çıxış etdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyev mediamızın məhz bu şərəfli missiyasına həssas yanaşdı, ölkədə demokratik cəmiyyət quruculuğu prosesində azad medianın mühüm rolunu ön plana çəkdi. Məhz onun sayəsində MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olundu. Bununla da Azərbaycan mediasının inkişafında yeni mərhələ başlandı. Yeni mərhələnin davamı və uğurları, cənab Prezident, Sizin adınızla bağlıdır. Bu mərhələni xarakterizə edərkən kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazasının daha da zənginləşdirilməsini, mediaya dövlət dəstəyinin sistemli şəkil almasını və jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn konkret addımları xüsusi vurğulamalıyıq. Mövcud istiqamətdəki ardıcıl fəaliyyətinizə görə Siz Azərbaycan jurnalistlərinin dostusunuz. Bu dostluq ölkəmizdə vətəndaş cəmiyyəti təməlinin daha da möhkəmlənməsinə xidmət prinsipini rəhbər tutur", - Mətbuat Şurasının sədri söyləyib.

"Möhtərəm cənab Prezident, çıxışlarınızda qətiyyətlə qeyd etdiyiniz kimi, qloballaşan dünyada dəyərlərimizin, milli maraqlarımızın və mənafelərimizin qorunması son dərəcə önəmlidir. Bunun üçün dəyişən dünyada baş verən hadisə və proseslərə operativ reaksiyanın verilməsi müstəsna əhəmiyyət daşımaqdadır. İnternetin geniş vüsət aldığı hazırkı dövrdə isə ictimai rəy əsasən internet üzərindən yayımlanan media orqanları, habelə sosial şəbəkələr vasitəsilə formalaşdırılır. Onu da vurğulayaq ki, internet media resurslarımız ilk Avropa Oyunlarından əvvəl və Oyunların gedişində anti-Azərbaycan təbliğatına qarşı xüsusi fəallıqları ilə seçildilər. Onlar ümummilli maraqlardan çıxış edərək ölkəmizlə bağlı qarayaxma kampaniyalarına tutarlı, operativ cavablar verdilər. Lakin internet media resurslarımızın informasiya müharibəsi şəraitində daha aktiv fəaliyyət göstərmələrinə ehtiyac var. Azərbaycan dövləti Sizin şəxsinizdə ənənəvi media orqanlarının bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə mühüm tədbirlər gerçəkləşdirməkdədir. Hər il ölkənin tanınan, ictimai rəyə təsir göstərən qəzetləri dövlət büdcəsindən maliyyələşdirilir. Kütləvi informasiya vasitələrinin cəmiyyət həyatının müxtəlif istiqamətləri ilə bağlı təşəbbüsləri qiymətləndirilir. Bu proses həm onları maddi-texniki cəhətdən möhkəmləndirir, həm də yaradıcılıq imkanlarına müsbət təsir göstərir. İstərdik ki, bu mexanizmdən internet media orqanları da faydalansınlar. Bunun, eyni zamanda, ölkəmizin xaricdə təbliği baxımından da vacibliyini düşünürük", Amaşov bildirib.

Amaşov qeyd edib ki, ölkəmizin ədalətli mövqeyinin təbliği üçün jurnalistlərimizin xarici dilləri mükəmməl bilmələri, xarici təcrübəni dərindən mənimsəmələri mütləqdir.

"Cənab Prezident, Siz də çıxışlarınızda bu məsələyə önəm verdiyinizi bildirmisiniz. Azərbaycanlı tələbələrin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı mövcuddur və faydalı nəticələr verir. İstərdik ki, jurnalistlərimiz də mövcud imtiyazdan bəhrələnsinlər. Jurnalistikanın spesifik sahə olduğunu, eyni zamanda, strateji əhəmiyyət daşıdığını nəzərə alsaq, yaxşı olardı ki, bununla əlaqədar ayrıca fəaliyyət xətti müəyyənləşdirilsin. Belə olarsa, biz Azərbaycan həqiqətlərini, əsasən də Dağlıq Qarabağ həqiqətlərini xarici ölkələrdə daha yaxşı tanıdarıq, eyni zamanda, erməni təbliğatına qarşı daha fəal və ciddi mübarizə apara bilərik. Möhtərəm cənab Prezident, müstəqillik illərində Azərbaycan mediası bir çox müsbət vərdişlərə yiyələnib. Mediamız hazırda istər texniki xüsusiyyətlərinə, istərsə də yaradıcılıq potensialına görə regionda öncül mövqe tutur. Dünyanın bir çox aparıcı kütləvi informasiya vasitələri bölgə ilə bağlı məlumatlar yayarkən mənbə kimi Azərbaycanın media orqanlarına istinad edirlər. Əlbəttə, vəziyyət bir qədər də təkmilləşdirilməlidir. Ölkəmizə qarşı informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə yüksək statusa yiyələnmək həqiqətlərimizin dünyaya çatdırılması işini daha da sürətləndirər. Bunun üçün isə jurnalistikanın özünün institutlaşmasına ehtiyac var. Proses, ilk növbədə, jurnalistikamızın peşəkarlığının artırılması baxımdan vacibdir. Çünki jurnalistika kifayət qədər dinamik sahədir. Onun yeniliklərinin mütəmadi araşdırılması və tətbiqi mütləqdir. Burada dünya mediasının fəaliyyətinin təhlilinə yönələn iş prinsiplərinin birləşdirilməsi də faydalı olardı. Bu aspektdən çıxış etsək, bir mühüm məqamın da üzərində dayanmaq istərdim. Azərbaycan mediası dünyada baş verən, eyni zamanda, ölkəmizin maraqları ilə kəsişən məsələlərlə bağlı məlumatları əsasən xarici KİV-lərin vasitəsilə əldə edir. Həmin məlumatların əksəriyyəti isə bu KİV-lərin süzgəcindən keçirilir, öz ölkələrinin maraqlarına uyğun yayımlanır. Ona görə də, cənab Prezident, bizim KİV-lərimizin xaricdəki müxbir məntəqələrinin artırılmasına böyük ehtiyac var", - Mətbuat Şurasının sədri söyləyib.

Onun sözlərinə görə, media ictimaiyyətini düşündürən mühüm məqamlardan biri də reklam bazarının qənaətbəxş səviyyədə olmamasıdır.

"Reklamçılar azad sahibkarlardır. Redaksiyalar fəaliyyətləri ilə onları özlərinə cəlb etməlidirlər. Bu, məsələnin bir tərəfidir, daha çox zamanla tənzimlənməlidir. Ancaq biz rəsmi qurumların reklam və elanlarının KİV-də yerləşdirilməsi ilə bağlı Türkiyə təcrübəsini də araşdırmışıq. Məsələ ətrafında Azərbaycan Mətbuat Şurasında çoxsaylı müzakirələr aparılıb. Təhlillərdən sonra belə qənaətə gəlmişik ki, Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi mümkündür. Bu, KİV-lərin iqtisadi dayanıqlığının artırılmasına mühüm töhfə olardı. Eyni zamanda, bütövlükdə reklam bazarının canlanmasına da müsbət təsir göstərərdi. Mediamız keyfiyyət dəyişikliyi mərhələsini yaşamaqdadır. Proses özünü istər ayrı-ayrı KİV-lərin maddi-texniki bazasının gücləndirilməsində, istərsə də jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasında göstərir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş mediaya dövlət qayğısı hazırda "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın, həmçinin bu sənədə uyğun olaraq formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun timsalında fundamental əsasa malikdir. Media nümayəndələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu istiqamətdə jurnalistlər üçün inşa olunmuş bina ən mühüm tədbirlərdəndir. Yeri gəlmişkən, cənab Prezident, onu da deyim ki, jurnalistlərimiz səbirsizliklə Sizin Sərəncamınız əsasında inşa edilən növbəti binanın da onların istifadəsinə verilməsini gözləyirlər", Mətbuat Şurasının sədri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan jurnalistləri üçüncü dəfədir ki, kütləvi surətdə dövlət mükafatlarına və fəxri adlara layiq görülüblər. Dünən isə 200-ə yaxın həmkarımıza bu sevinci bəxş etdiniz, cənab Prezident. Buna görə də Sizə bütün jurnalistlərimiz adından dərin təşəkkürümüzü bildiririk.

"Azərbaycan dövlətinin hazırkı media siyasəti jurnalistikanın ictimai həyatımızdakı önəmini vurğulayan son dərəcə mühüm tədbirlərə əsaslanır və üzərindən illər keçdikdən sonra da Sizin adınızla xatırlanacaq. Digər tərəfdən, biz jurnalistlər qlobal dünyada baş verən bir sıra hadisə və prosesləri, o cümlədən yaşadığımız həssas coğrafi məkanla bağlı reallıqları nəzərdən keçiririk. İstər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətiniz, istərsə də beynəlxalq müstəvidə Azərbaycanın mövqe və mənafelərinin qorunmasına yönələn fikir və düşüncələriniz, əməli fəaliyyətiniz Vətənimizin sükanının etibarlı əllərdə olduğunu söyləməyə əsaslar verir. Bu günün Azərbaycanı dünya miqyasında öz sözünü deyən, öz prinsiplərini diktə edən ölkədir. Buna görə də jurnalistlərimiz üçün Siz yalnız müdrik dövlət başçısı deyil, eyni zamanda, ən böyük vətənpərvər azərbaycanlısınız. Möhtərəm cənab Prezident, icazə verin, Sizə ölkə jurnalistlərinin bu yanaşmasının nəticəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi mükafatını təqdim edim. Xüsusi mükafat. "Azərbaycanın milli maraqlarının qorunmasında qətiyyətli mövqeyinə görə təltif olunur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev". Təbrik edirəm", Amaşov bildirib.

Prezident İlham Əliyev bildirib: "Sağ olun. Mükafat dövlətimizin başçısına təqdim olundu".

Əflatun Amaşov deyib: "Cənab Prezident, eyni zamanda, bizim Sizə bir yubiley hədiyyəmiz var. Bu, Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı kiçik hədiyyədir".

Yubiley hədiyyəsi Prezident İlham Əliyevə təqdim edildi.

Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Loading Bars
Xəbər lenti
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Bütün xəbərlər