...

Bakıda yeni yerüstü piyada keçidi (FOTO+VİDEO)

Cəmiyyət Materials 23 İyul 2015 15:51
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.
Bakıda yeni yerüstü piyada keçidi (FOTO+VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən bəzi küçə və prospektlərdə kompleks tədbirlər davam etdirilir.

ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşasına 2014-cü ilin oktyabr ayında start vermişdi. Tikinti işləri Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilərək vaxtında yekunlaşdırılıb.

Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən giriş-cıxışlarda pilləkanların üzunluğu 2x23.77=47.54 metr, aşırımın mərkəzi dayaq oxları arasında məsafə 28.24 metr, daxili eni 3,4 metr, hündürlüyü isə 3,0 metrdir, yol üzərindən hündürlüyü isə 6,0 metrdir. Yerüstü piyada keçidinin eyni tərəfə baxan iki ədəd giriş cıxışının hər birində vətəndaşların rahat hərəkəti üçün 2 komplekt olmaqla 4 ədəd eskalator quraşdırılıb.

Piyada keçidinin qapalı hissəsi və pilləkənlərin işıqlı olması üçün şüşə pəncərələr quraşdırılıb, pilləkən marşı və dəhliz hissəsi mərmər üzlük daşı ilə üzlənib, tavan və yan divarlar müxtəlif rəngli alkopanlarla üzlənib, müasir işıqlandırma sistemi qurulub.

Yeni piyada keçidində vətəndaşların təhükəsizliyi kameralar vasitəsilə 24 saat ərzində təmin olunur. Bunun üçün keçiddə 4 ədəd təhlükəsizlik kamerası quraşdırılıb və mühafizəçi otağı qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti