...

Sinoptiklər xəbərdarlıq edir: Kəskin istilər avqustun 5-dək davam edəcək

Cəmiyyət Materials 31 İyul 2015 13:00 (UTC +04:00)
Azərbaycanda isti, günəşli hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir.
Sinoptiklər xəbərdarlıq edir: Kəskin istilər avqustun 5-dək davam edəcək

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda isti, günəşli hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti