...

Azərbaycanda baş verən son yanğınlarla əlaqədar əhaliyə müraciət edildi

Cəmiyyət Materials 4 Avqust 2015 10:52 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi son günlər ərzində respublika ərazisində baş verən yanğınlarla əlaqədar əhaliyə müraciət edib.
Azərbaycanda baş verən son yanğınlarla əlaqədar əhaliyə müraciət edildi

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Fövqəladə Hallar Nazirliyi son günlər ərzində respublika ərazisində baş verən yanğınlarla əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Trend-ə daxil olan müraciətdə bildirilir ki, son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarıb:

"Yuxarıda qeyd olunanları, həmçinin, yanğınların milli sərvətimiz olan meşələrimizə, flora və faunaya törətdiyi təhlükəni, dövlət büdcəsinə vurduğu ziyanı, ən əsası isə insan həyatına yaratdığı riski nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi təbiətdə istirahət edən insanlardan odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə və lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edir".

Nazirlik əhalinin nəzərinə çatdırır ki, yanğın baş verdikdə və ya hər hansı yanğın təhlükəsi hiss etdikdə nazirliyin "112" qaynar xəttinə zəng vursunlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti