...

Bakı yol polisi velosiped sürücülərinə xəbərdarlıq etdi

Cəmiyyət Materials 18 Avqust 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elmir Murad/

Velosiped, motosiklet və moped sürücüləri işıqforun qırmızı işığında hərəkət edərək avtomobil sürücülərinə təhlükə yaradır. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bundan sonra Yol hərəkəti haqqında qanuna əsasən velosipedçilər və motosikletçilər onlara aid hüquq vəzifələrini tənzimləyən qanunun tələblərini yerinə yetirməsələr, məsuliyyətə cəlb olunacaqlar: "Bu tələbləri yerinə yetirmək ilk növbədə onların özlərinin, daha sonra isə digər hərəkət iştirakçılarının təhlükəsizliyi deməkdir. Biz günün qaranlıq, həmçinin istənilən saatlarda yolun hərəkətinin əksi istiqamətində avtomobillərin sıx və intensiv yerində velosipedlərin idarə olunmasının şahidi oluruq. Bu faktlar aşkar olunan kimi dərhal tərəfimizdən qanunauyğun tədbirlər görülür və onlar məsuliyyətə cəlb olunur. Bu tədbirləri davam etdirəcəyik. İnsanların təhlükəsizliyi üçün bu tədbirlər dayandırılmayacaq".

V.Əsədov velosiped və motosiklet sürücülərinə müraciət edərək, onları yollarda daha diqqətli olmağa çağırdı: "Dəfələrlə mətbuat vasitəsi ilə yol hərəkəti qaydalarını pozan velosiped sürücülərinə müraciət etmişik, yenə də edirik. Yaxşı olardı ki, onlar yolda öz həyatları və eyni zamanda, digərləri üçün təhlükə yaratmasınlar. Biz öz üzərimizə düşən işləri görürük, amma onlar da insan həyatının dəyərini anlamalı və diqqətli olmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti