...

Avtovağzaldan Biləcəriyə gedənlər üçün yerüstü piyada keçidi tikilir

Cəmiyyət Materials 24 Avqust 2015 16:42 (UTC +04:00)
Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Biləcəri istiqamətinə gedən yolda piyadalar üçün yerüstü keçid tikiləcək.
Avtovağzaldan Biləcəriyə gedənlər üçün yerüstü piyada keçidi tikilir

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/

Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Biləcəri istiqamətinə gedən yolda, Bakı-Sumqayıt yolunun üstündə piyada üst keçidi tikilir. "Avtovağzal" stansiyasından Biləcəri istiqamətinə getmək istəyənlər keçiddən istifadə edə biləcəklər. Bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, sərnişinlərin avtovağzal ərazisindən metroya giriş-çıxışı çox rahat olacaq: "Metronun "Avtovağzal" stansiyasının 7 giriş-çıxışı olacaq. Onlardan ikisi Bakı Beynəlxalq Avtovağzalına açılacaq. Daha biri isə oradakı ticarət mərkəzinin qarşısında olacaq. Artıq "Avtovağzal" stansiyasında tikinti işləri yekunlaşıb, hazırda ərazidə son tamamlama işləri aparılır. Stansiyanın bu ilin sonunadək istifadə verilməsi planlaşdırılır".

Qeyd edək ki, ərazidə yeni yolun tikintisinə başlanılıb. Yaxın vaxtlarda yolun istifadəyə veriləcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti