...

Bu il məktəblilərin istifadə etdiyi dərsliklərin böyük hissəsi yeni olacaq

Cəmiyyət Materials 11 Sentyabr 2015 16:23 (UTC +04:00)
Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaqlar, dərsliklərin böyük hissəsi yeni olacaq.
Bu il məktəblilərin istifadə etdiyi dərsliklərin böyük hissəsi yeni olacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaqlar, dərsliklərin böyük hissəsi yeni olacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bununla yanaşı, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif "Alman dili" və "Ərəb dili", eləcə də VII sinif "Fransız dili" dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək.

Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və hazırda çapdadır.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti