...

“ASAN xidmət”ə qəbulla bağlı imtahanlar başladı

Cəmiyyət Materials 16 Sentyabr 2015 10:38 (UTC +04:00)
“ASAN xidmət”ə qəbulla bağlı test imtahanları başlayıb.
“ASAN xidmət”ə qəbulla bağlı imtahanlar başladı

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

"ASAN xidmət"ə qəbulla bağlı test imtahanları başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə bildiriblər ki, bu gün Komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN xidmət) inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanları başlayıb. "ASAN xidmət" üzrə elan edilmiş müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 781 nəfər namizədlə 4 gün ərzində test imtahanları keçiriləcək. Test imtahanı qrafiki Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.

İstənilən şəxs Komissiyanın rəsmi internet saytı vasitəsi ilə test imtahanlarının gedişini onlayn izləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti