...

Fransa-Azərbaycan arxeoloji qrupunun Tovuzdakı arxeoloji qazıntıları başa çatıb (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2015 13:08 (UTC +04:00)
Azərbaycan və Fransa arxeoloqlarının Tovuz rayonunda Məntəş Təpədə aparılan arxeoloji qazıntıları başa çatıb.
Fransa-Azərbaycan arxeoloji qrupunun Tovuzdakı arxeoloji qazıntıları başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Azərbaycan və Fransa arxeoloqlarının Tovuz rayonunda Məntəş Təpədə aparılan arxeoloji qazıntıları başa çatıb. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.

BDU-da Tarix fakültəsi və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə bununla bağlı konfrans keçirilib. Konfransı giriş sözü ilə tarix fakültəsinin dekanı, dosent Azad Rzayev açaraq tədbirin əhəmiyyətindən danışıb.

Sonra tədqiqatçı-alim Bertiy Lyone təqdimatla çıxış edərək arxeologiya elminin tarixi və inkişaf perspektivləri, eyni zamanda Tovuz rayonu, Məntəş Təpədə aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Azərbaycanlı tədqiqatçı-alim Fərhad Quliyev tədqiqatın əhəmiyyətindən danışıb, görülən işlərin ölkələr arasında elmi-tədqiqat sahəsində aprılan əməkdaşlığa böyük töhfə olduğunu qeyd edib.

Qeyd edək ki, 2008-2015-ci illərdə Tovuz rayonunda Fransa-Azərbaycan arxeoloji qrupu tərəfindən səkkiz arxeoloji qazıntı işləri həyata keçirilib. Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzinin və Azərbaycan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutunu təmsil edən iki alim-tədqiqatçı Bertiy Lyone və Fərhad Quliyev tərəfindən birgə rəhbərlik altında aparılan bu arxeoloji kampaniyalar Məntəş Təpədə keçirilib.

Qazıntıların məqsədi Azərbaycanın bu regionunda qədim mədəniyyətlərin təkamülünü anlamaq, Mesopatomiya və Qafqazın digər regionlari ilə olan əlaqələri tapmaq olub. Mənşət Təpədə səkkiz il ərzində aparılan tədqiqatların sonunda qazıntılar tamamilə bağlanıb.

Arxeoloji qrupun rəhbərləri iki ölkə arasında bu nümünəvi əməkdaşlığı dəyərlədirmək məqsədilə qazıntıların nəticələrini BDU-nun tarix fakültəsinin II və IV kurs tələbələri ilə bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti