Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/
Antalya-Bakı aviareysi ilə Bakıya gələn Azərbaycan vətəndaşı Vüqar Əliyev gömrük nəzarətindən keçərkən saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən V.Əliyevin yükü rentgen aparatı vasitəsi ilə yoxlanılarkən monitorda "beşbarmağ"a bənzər əşyanın təsviri görünüb.
Yükə təkrar baxış zamanı V.Əliyevə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya "beşbarmaq" tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.
Faktla bağlı təhqiqat aparılır.