Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2015-ci il üçün fəlsəfə doktoru proqramı üzrə qəbul elan edir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2015-ci il üçün fəlsəfə doktoru proqramı üzrə (doktorant və dissertant hazırlığı) qəbul elan edir:
Doktorant proqramı üzrə
Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu
5406.01 - Hidrologiya (qiyabi şöbəyə) - 1 yer
Ünvan: АZ 1154, H.Əliyev prospekti 50; tel: (99412) 567 37 13