...

DSMF-yə müraciətlərin sayı xeyli azalıb

Cəmiyyət Materials 9 Oktyabr 2015 15:34 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elektron xidmətlərindən istifadə sayı 2 dəfədən çox artıb, vətəndaş müraciətləri isə 27 faiz azalıb.
DSMF-yə müraciətlərin sayı xeyli azalıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elektron xidmətlərindən istifadə sayı 2 dəfədən çox artıb, vətəndaş müraciətləri isə 27 faiz azalıb. Trend-in məlumatına görə, bunu sığorta-pensiya sistemində növbəti iki elektron xidmətin təqdimat mərasimində jurnalistlərə Fondun sədr müavini Zakir Babayev deyib.

Onun sözlərinə görə, 2015-ci ilin yanvar-sentyabr aylarında DSMF-nin öz saytı, "Elektron hökümət portalı" və "Elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur.

Z.Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti