...

Mikayıl Cabbarov: 14 rayonda ciddi tədbirlərə ehtiyac var

Cəmiyyət Materials 13 Oktyabr 2015 10:30 (UTC +04:00)
Azərbaycanda məzunlarının yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alan 14 rayonda ciddi tədbirlərin və xüsusi proqramların icrasına ehtiyac var.
Mikayıl Cabbarov: 14 rayonda ciddi tədbirlərə ehtiyac var

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda məzunlarının yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alan 14 rayonda ciddi tədbirlərin və xüsusi proqramların icrasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib.
Nazir qeyd edib ki, son 3 ildə icbari təhsilin keyfiyyəti davamlı olaraq yaxşılaşır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 64 faizədək artmışdır. Bununla belə, 14 rayonda hələ də məzunların yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət almışdır. Bu bölgələrdə ciddi tədbirlərə və xüsusi proqramlara ehtiyac vardır.
M.Cabbarov əlavə edib ki, ilk dəfə ötən tədris ilində XI siniflərin buraxılış imtahanlara xarici dil əlavə olunmuşdur: "Bu qərar nəticəsində gənclərimizin xarici dillərə yiyələnməsi yaxşılaşacaq, müasir elmi və texniki nailiyyətlərə çıxışı asanlaşacaq, ölkədə iqtisadi məhsuldarlıq artacaq və innovasiyaların geniş tətbiqinə nail olunacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti