...

Azərbaycanda qeyri-sabit havalar oktyabrın 17-dək davam edəcək

Cəmiyyət Materials 13 Oktyabr 2015 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şərairi üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəsas insanlar üçün əsasən əlverişli olacaq.

Oktyabrın 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti