...

Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib

Cəmiyyət Materials 14 Oktyabr 2015 12:10 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) uğurlu fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq əsas prioritetlərdəndir.
Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunun(DSMF) uğurlu fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq əsas prioritetlərdəndir.

Fondun İctimiyyətlə əlaəqlər şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib, 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib.

2011-ci ilin iyun ayında Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir. Ölkəmiz BSTA-nın bir cox beynəlxalq tədbirlərinə ev sahibliyi edib.

Fond BSTA-nın üzv təşkilatların bir araya gətirilməsi, sosial müdafiə sahəsində müasir prinsip və mexanizmlərin, texnologiyaların tətbiqi, biliklərin və ən yaxşı təcrübələrin yayılmasında mühüm rol oynayan müxtəlif tədbirlərində fəal təmsil olunur, pensiya təminatı üzrə beynəlxalq tendensiyalar və meydana çıxan aktual məsələlərə dair müzakirələrdə iştirak edir, könüllü sosial sığortalama və pensiya sistemində aktuar tədqiqatların aparılması və digər məsələlərlə bağlı dünya ölkələrinin təcrübəsini öyrənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti