...

Millət vəkili Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılmasını təklif etdi

Cəmiyyət Materials 14 Oktyabr 2015 17:25 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılması və eşitmə qabiliyyəti olmayan uşaqların eşidə bilməsi üçün dövlət tərəfindən pulsuz kokulyar implantasiya əməliyyatının aparılması təklifləri ilə çıxış edib.
Millət vəkili Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılmasını təklif etdi

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılması və eşitmə qabiliyyəti olmayan uşaqların eşidə bilməsi üçün dövlət tərəfindən pulsuz kokulyar implantasiya əməliyyatının aparılması təklifləri ilə çıxış edib.

Trend-in məlumatına görə, Q.Paşayeva hökumət üzvlərinin iştirakı ilə Milli Məclisdə büdcə müzakirələri zamanı Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılıaraq pensiyalara çatdırılmasını və ya yaxınlaşdırmağı təklif edib: "Mən Sosial siyasət komitəsinin sədr müavini M.Quliyevin də bu istiqamətdə təkliflərini dəstəkləyərək bildirmək istəyirəm ki, müharibə illərində iş stajı olmayan və ya az olan yüzlərlə gənc insanımız döyüşlərdə sağlamlığını itirib və yaxşı olardı ki, müavinətlərin məbləği də pensiyalar həddinə çatdırılsın. Bu həmin insanlara böyük dəstək olardı".

Q.Paşayeva hökumət üzvlərini bu məsələni nəzərdən keçirməyə çağırıb.

Millət vəkili anadangəlmə eşitmə qüsurlu uşaqların əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib: "Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti olan qüsurlu balamız var və mən Sosial siyasət komitəsinin sədr müavini M.Quliyevin də bu istiqamətdə təkliflərini dəstəkləyərək bildirmək istəyirəm ki, biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti