...

Bakıda tıxacların aradan qaldırılması üçün yeni təklif - FOTO

Cəmiyyət Materials 15 Oktyabr 2015 14:05 (UTC +04:00)
Bakıda Üzeyir Hacıbəyli küçəsi, Ak.Zərifə Əliyeva küçəsi, Aleksandr Puşkin küçəsi, Neftçilər və Azadlıq prospektlərindəki tıxacın aradan qaldırılması üçün araşdırmalar aparılıb.
Bakıda tıxacların aradan qaldırılması üçün yeni təklif - FOTO

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda Üzeyir Hacıbəyli küçəsi, Ak.Zərifə Əliyeva küçəsi, Aleksandr Puşkin küçəsi, Neftçilər və Azadlıq prospektlərində yaranan tıxacların aradan qaldırılması üçün araşdırmalar aparılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, adı çəkilən küçə və prospektlərdə yol hərəkətinin tənzimlənməsi ilə bağlı tərtib olunan yeni sxemdə göstərildiyi qaydada təşkil edilməsi və aşağıda qeyd olunmuş təkliflərin icra edilməsi günün müxtəlif saatlarında yaranan tıxac hallarının qarşısını alacaq.

Araşdırmalara əsasən təklif edilir ki, A.Puşkin küçəsindən sağa, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq hərəkətinin svetoforun əlavə seksiyasında, A.Puşkin küçəsindən sola hərəkət etmələri tövsiyə olunur. Eyni zamanda, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin isə işıqforun əlavə seksiyasında, Ü.Hacıbəyov küçəsindən sağa, A.Puşkin küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin işıqforun əlavə seksiyasında təşkil edilməsi təklif olunur.

Bundan başqa, daha bir təklif A.Puşkin küçəsinin Ü.Hacıbəyli küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsində yaranan tıxaclarla bağlıdır. Həmin istiqamətlər arasında rezin arakəsmələrin quraşdırılması, həmçinin A.Puşkin küçəsi ilə hərəkət edib Neftçilər prospekti istiqamətində hərəkət edən avtobusların birbaşa deyil, Ak.Zərifə Əliyeva və Keykab xanım Səfərəliyeva küçələri vasitəsilə hərəkət etmələri təklif edilir. Nəzərdə tutulan yenilik nəqliyyatın Neftçilər prospekti istiqamətində hərəkət etməsini təmin etmək məqsədilə A.Puşkin küçəsində yerləşən avtobus dayanacağını götürərək, Ak.Z.Əliyeva və K.Səfərəliyeva küçələrində avtobus dayanacağının quraşdırılması barədədir.

Növbəti təklif kimi isə, Ak.Z.Əliyeva küçəsinin A.Puşkin və K.Səfərəliyeva küçələrinin arasında olan hissəsinin bir istiqamətli edilməsi, Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, Azadlıq prospektinə, Ak.Zərifə Əliyeva küçəsinə və "Azadlıq" meydanının altında yerləşən avtomobil dayanacağına daxil olmasını təmin etmək üçündür.

Bu məqsədlə "Giriş qadağandır" yol nişanlarının götürülməsi, Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin Neftçilər prospektinə çıxışının təmin edilməsi, Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, A.Puşkin küçəsi istiqamətində hərəkətinin təmin edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti