Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend- ə mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 15-19° isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.
Dağlarda gecə 1-6°, gündüz 7-12° isti olacağı gözlənilir.