...

QMİ: Həccə gedənlərin qripə yoluxması halı hər il olub

Cəmiyyət Materials 22 Oktyabr 2015 16:05 (UTC +04:00)
“Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlarda qrip virusuna yoluxma halı hər zaman olub və bu il də belə hal baş verib. Bu məsələ ilə bağlı mətbuatda məlumatların şişirdilməsi düzgün deyil”.
QMİ: Həccə gedənlərin qripə yoluxması halı hər il olub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlarda qrip virusuna yoluxma halı hər zaman olub və bu il də belə hal baş verib. Bu məsələ ilə bağlı mətbuatda məlumatların şişirdilməsi düzgün deyil".

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov deyib.

Onun sözlərinə görə, bu il 500-dək ziyarətçinin qrip olması böyük rəqəm sayıla bilməz. Çünki ötən illərdə də xəstələnən ziyarətçilərin sayı bu səviyyədə olub.

M.Payızov əlavə edib ki, qrip virusuna yoluxma hallarının mümkünlüyü nəzərə alındığından hər il ziyarətçilərə qripə qarşı peyvəndin aparılması tövsiyə edilir. Ancaq zəvvarlar bu peyvəndi etməkdə maraqlı olmurlar. Nəticədə də belə hallar baş verir: "Nəzərə alınmalıdır ki, orada havalar isti olur, bu il isə havalar daha da isti keçib. Ziyarətçilərin də gah isti, gah da soyuq şəraitdə olması nəticəsində xəstəliyin baş vermə ehtimalı artıb. Amma artıq heç bir problem yoxdur, ziyarətçilərin hamısı sağalıb. Adətən, hər il səfər başa çatdıqdan sonrakı 1 həftə ərzində ziyarətçilər qripə yoluxmadan müalicə olunurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti