...

Qaradağ rayonunda hesabat yığıncaq keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2015 17:19 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin (İH) 2015-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 12 oktyabr 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Qaradağ rayonunda hesabat yığıncaq keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Qaradağ Rayon İcra Hakimiyyətinin (İH) 2015-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 12 oktyabr 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Qaradağ Rayon İH-dən Trend-ə verilən məlumata görə, yığıncağın işində Qaradağ Rayon İH başçısı Süleyman Mikayılov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Hesabat yığıncağında ilk öncə çıxış edən S.Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 12 iyul 2015-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirib.

S.Mikayılov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir: "Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər".

Məruzə nitqi ilə çıxış edən rayon İH başçı daha sonra bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə turistlərin cəlb edilməsi üçün fəal siyasət aparılır: "Birinci Avropa Oyunları ölkəmizin təqdimatı olaraq Azərbaycan bütün dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtmışdır. Ölkəmizin 12-28 iyun tarixlərində "Bakı-2015" ilk Avropa Oyunları ev sahibliyi edərək açılış və bağlanış mərasimlərində dünyaya verdiyi mesajlar, gələn idmançıların və qonaqların şəhərimizə, xalqımızın qonaqpərvərliyinə heyranlığı, yüksək səviyyədə görülmüş təşkilatçılıq dövlətimiz qüdrətinin göstəricisi, "Bakı-2015" Oyunları ilə Azərbaycan adını Avropa və dünya idman tarixinə qızıl hərflərlə yazdığını vurğulamışdır.

Son doqquz ayda ölkəmizdə olan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam etdiyi, son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırıldığı deyilib. İyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Puta qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin yeni bazası və "N" saylı hərbi hissəsi bunun bariz nümunəsidir. Avqust ayının 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu - "Çin-Aktau-Ələt limanı" üzrə hərəkət edən ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması, sentyabr ayında isə ikinci konteyner qatarı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi əldə olunan uğurların bir hissəsidir".

İH başçısı daha bir əlamətdar hadisə kimi ötən doqquz ayda 18 sentyabr 2015-ci il tarixində "Neftçilər günü" ərəfəsində Dövlət Neft Şirkətinin Sahil qəsəbəsi, Emin Quliyev küçəsində inşa edilmiş iki yeni yaşayış binasının istifadəyə verilməsini qeyd edib.

S.Mikayılov ötən doqquz ayın yekunlarına əsasən rayon üzrə 491808,6 min manatlıq sənaye məhsulu istehsal edilməsini, sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 95495 min manat investisiyadan istifadə olunmasını da vurğulayıb: "Rayon sənayesində qeyri dövlət müəssisələri tərəfindən 233925,8 min manatlıq, dövlət müəssisələri tərəfindən isə 257876 min manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehlakçılara 552470,3 min manatlıq mal göndərilmiş, neft və qaz sənayesi müəssisələrində 396,8 min ton xam neft və 375,9 milyon kub metr təbii qaz hasil olunub.

Rayon üzrə 1423,7 min ton sement, 80,7 min ton mişar daşı istehsal edilib. Ötən dövr ərzində rabitə xidmətlərinin həcmi 1794,2 min manat olub. Pərakəndə əmtəə dövriyyəsi 2056931,2 min manat, əhaliyə göstərilən pullu xidmətlər isə 92800,0 min manat olub. 2015-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 16907,4 min manatlıq xidmətlər göstərilib".

Məruzə ətrafında 274 nömrəli orta məktəbin direktoru Atakişi Cəfərov, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Aydın Əhmədov və Qaradağ Rayon Statistika şöbəsinin rəisi Şəhla Fərzəliyeva çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.

Hesabat yığıncağında iştirak edən sahibkarlar zalda quraşdırılmış mikrafonlara yaxınlaşaraq öz ürək sözlərini deyiblər, sahibkarlıq fəaliyyətinin inkişafını Azərbaycan Respublikasının dövlət siyasətinin əsas prioritet istiqamətindən biri olduğunu, ölkə başçısının sahibkarlığın və özəl sektorun tərəqqisinə daim dəstək və diqqət yetirdiyini, iqtisadiyyatda özəl sektorun inkişafına şərait yaratmasından sevindirdiklərini bildiriblər.

Çıxış edən "Norm" sement zavodunun nümayəndəsi, 2014-cü Sənaye ili zavodlarının açılışı olduğunu, qısa bir müddət ərzində yüksək nailiyyətlər əldə etdiklərini xüsusi vurğulayıb.

Bütün natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında öz geniş nitqində sahibkarlıq sahəsinin inkişafını xüsusi vurğuladığını, 19 oktyabr 2015-ci il tarixində ölkə Prezidenti cənab İlham Əliyev sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında fərman imzalamasını sevinclə qarşıladıqlarını bildiriblər.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İH-nin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Qaradağ rayon Statistika şöbəsinin rəis müavini Məmmədova Sona Kərim qızına medalı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti