...

İlk dəfə olaraq qeyri-islam dini icma rəhbəri Aşura günü qan verib (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2015 16:42 (UTC +04:00)
Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında ilk dəfə olaraq qeyri-islam dini icma rəhbəri qan verib.
İlk dəfə olaraq qeyri-islam dini icma rəhbəri Aşura günü  qan verib (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında qeyri-islam dini icma rəhbəri ilk dəfə olaraq qan verib.

Trend-in məlumatına görə, qeyri-islam dini icmasının rəhbəri - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein ilk dəfə olaraq Aşura günündə qan verib. A.İşein bildirib ki, ilk dəfədir Aşura günündə qanvermə aksiyasında iştirak edir. Bu fakt ölkəmizin tolerantlıq nümunəsinin ən bariz göstəricilərindən biridir.

Qeyd edək ki, bütün İslam dünyası üçün müqəddəs bir gün olan Aşura günündə, Kərbəla şəhidlərinin əzadarlığı qeyd olunan gündə qeyri-islam dini icmasının rəhbərinin ölkənin müsəlman əhalisi ilə birgə mərasimdə iştirak etməsinin çox böyük əhəmiyyəti var. Bu fakt Azərbaycanın tolerantlıq nümunəsinin ən bariz göstəricilərindən biri olmaqla yanaşı, həm də gələcək üçün müsbət nümunədir.

Xatırladaq ki, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, akademik Vasim Məmmədəliyev və digər şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti