...

"Report"un bir illik qiyməti

Cəmiyyət Materials 27 Oktyabr 2015 10:17 (UTC +04:00)
Ötən bir ildə önəmli nailiyyətlərdən biri "Report"un artıq jurnalistika məktəbinə çevrilməsi olub - bir neçə gənc burada jurnalistikaya qədəm qoyub və artıq peşəkarlarla ayaqlaşacaq səviyyədə yetişib.
"Report"un bir illik qiyməti

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmir Murad/

Ötən bir ildə önəmli nailiyyətlərdən biri "Report"un artıq jurnalistika məktəbinə çevrilməsi olub - bir neçə gənc bu media qurumunda jurnalistikaya qədəm qoyub və artıq peşəkarlarla ayaqlaşacaq səviyyədə yetişib. Bunu Trend-ə fəaliyyətə başlamasının bir ili münasibətilə açıqlama verərkən "Report" İnformasiya Agentliyinin (İA) baş redaktoru Murad Əliyev deyib.

M.Əliyev bildirib ki, "Report" əməkdaşlarının fəaliyyəti ötən dövrdə dövlət səviyyəsində yüksək qiymətləndirilib: "Prezident İlham Əliyevin Azərbaycan Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla "Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə "Tərəqqi" medalına layiq görülüb. Həmçinin, daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş "Report" İA-nın fotomüxbiri Orxan Əzimovu qəbul edib və ona nazirliyin "Fəxri fərmanı"nı təqdim edib".

Baş redaktorun sözlərinə görə, ötən 1 il ərzində Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən, televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

M.Əliyev qeyd edib ki, "Report" İA gün ərzində Azərbaycan dilində orta hesabla 140-150, rus dilində 80-90, ingilis dilində 40-50 xəbər istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti