...

Azərbaycanda fərqli formalarda yazılan adların düzgün yazılış forması müəyyənləşdirildi

Cəmiyyət Materials 11 Noyabr 2015 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda fərqli formalarda yazılan adların düzgün yazılış forması müəyyənləşdirilib.

Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, adların düzgün yazılışının göstərildiyi kitab artıq nəşrə göndərilib.

S.Sadıqova bildirib ki, yeni kitaba 5000-ə qədər adın düzgün, təkmilləşdirilmiş yazılış forması daxil edilib: "Bu gün Azərbaycanda adların yazılışında müxtəlif formalar özünü göstərir. Məsələn, suallar verilir ki, Fuad adının sonuncu hərfini "d", yaxud "t" ilə yazaq? Yaxud Mamed, yoxsa Məmməd adı yazılsın? Bu adların düzgün yazılış forması Fuad və Məhəmməddir. Belə fərqli formada yazılan adlar çoxdur. Adların siyahısı ilə kitab çap olunduqdan sonra tanış olmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti