Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Bu gün Apelyasiya Məhkəməsində Arif Yunus barəsində çıxarılmış həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdirilərək, "Başqa yerə getməmək" haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.
Bunu Trend-ə A.Yunusun vəkili Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, A.Yunus hazırda evdə həkim nəzarətindədir.
E.Sadıqov onu da əlavə edib ki, müvəkkili Bakı şəhəri hüdudlarından kənara çıxa bilməz və səhhətində müsbət dəyişiklik baş verdiyi halda, hökmə yenidən baxılacağı istisna edilmir.