...

Azərbaycan və Gürcüstan Kürün su resurslarının istifadəsini tənzimləyəcək sənəd imzalayacaqlar

Cəmiyyət Materials 26 Noyabr 2015 13:54 (UTC +04:00)
Azərbaycan və Gürcüstan yaxın vaxtlarda Kürün su resurslarının istifadəsi məsələsini tənzimləyəcək sənəd imzalayacaqlar.
Azərbaycan və Gürcüstan Kürün su resurslarının istifadəsini tənzimləyəcək sənəd imzalayacaqlar

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan və Gürcüstan yaxın vaxtlarda Kür çayının su resurslarının istifadəsi məsələsini tənzimləyəcək sənəd imzalayacaqlar. Trend-in məlumatına görə, bunu "Azərsu" ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan sərhədyanı su axınları və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki konvensiyasını regionda ratifikasiya etmiş yeganə ölkədir: "Region ölkələri ona görə bu konvensiyanı ratifikasiya etmirlər ki, onlar Kür və Araz çaylarının çirklənməsinə yol verməmək məcburiyyətində qalacaqlar".

A.Ələkbərov qeyd edib ki, Ermənistan Araz çayını məişət və sənaye tullantıları ilə çirkləndirməyə davam edir və Mərkəzi Aranda yaşayan azərbaycanlılar bu çayın suyundan istifadə etmək məcburiyyətində qalırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti