...

Nardaranda həyat əvvəlki axarına qayıdır (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2015 20:47 (UTC +04:00)
Nardaranda həyat köhnə axarına qayıdır
Nardaranda həyat əvvəlki axarına qayıdır (FOTO)

Bakı. Trend:

Nardaranda həyat əvvəlki axarına qayıdır.

Trend-in məlumatına görə, günorta saatlarında Nardaran sakinlərinin iştirakı ilə "Hüseyniyyə" məscidində aparılan müzakirələrin sonunda meydanı boşaltmağa, evlərə qayıtmağa qərar verilib.

Hazırda meydanda heç kəs qalmayıb. Meydanda qurulan çadırlar sökülüb, ərazi daş-kəsəkdən, dəmir parçalarından təmizlənib. Qəsəbənin ətrafında qurulmuş daş sədlər sökülüb. Artıq qəsəbənin içi ilə avtomobillərin hərəkəti bərpa edilib.

Trend hazırda boşaldılmış meydanın görüntülərini təqdim edir.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti