...

Məktəblilər üçün yeni “Olimpiya Hərəkatı” idman proqramı (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2015 10:41 (UTC +04:00)
Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunacaq “Olimpiya Hərəkatı” adlı yeni idman proqramıdır.
Məktəblilər üçün yeni “Olimpiya Hərəkatı” idman proqramı (FOTO)

Bakı. Trend:

Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunacaq "Olimpiya Hərəkatı" adlı yeni idman proqramıdır.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, proqramın əsas məqsədi Bakı 2015 Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəbliləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etmək və şagirlərə sağlam və aktiv həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Bildirilir ki, "Olimpiya Hərəkatı" proqramı müntəzəm şəkildə fiziki fəaliyyətlərə cəlb etməklə uşaqların, həmiçinin onların valideynlərinin fiziki aktivliyinin artırılmasına xidmət edir. İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilmiş "Olimpiya Hərəkatı" proqramı genişlənərək digər ölkələri əhatə etmişdir. Azərbaycan "Olimpiya Hərəkatı" proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu 400-ə yaxın Bakı şəhər orta ümumitəhsil məktəblərində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Programın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən Milli İdman Federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlar ilə başlayan program Bakı rayon yarışları ilə davam edəcək və növbəti ilin əvvəlində Bakı 2015 Avropa Oyunlarının yarış obyektində birində təşkil olunacaq Final və idman festivalı ilə başa çatacaq.

Proqramın xüsusi hazırlanmış Facebook, Instagram and YouTube səhifələrində onun icrası, həmçinin məktəblilər arasında idman, sağlam və aktiv həyat tərzi təşviq ediləcək.

"Olimpiya Hərəkatı" və məktəblilərin Bakı birinciliyi haqqında daha geniş məlumat dekabr ayının ortalarında Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil ediləcək geniş mətbuat konfransında açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti