...

Azərbaycanda məktəb və xəstəxanaları təmiz saxlamayanlar cərimə olunacaq

Cəmiyyət Materials 11 Dekabr 2015 16:09 (UTC +04:00)
Azərbaycanda təhsil və tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə sanksiyalar müəyyənləşdirilir.
Azərbaycanda məktəb və xəstəxanaları təmiz saxlamayanlar cərimə olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təhsil və tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə sanksiyalar müəyyənləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.

Yeni layihəyə əsasən, təhsil və tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə 200 manatdan 300 manatdək cərimə tətbiq ediləcək.

Bununla yanaşı, qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə 70 manatdan 100 manatdək cərimə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti