...

IDEA İctimai Birliyi tərəfindən şəhərimizdəki küçə itləri haqqında sorğu keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2015 12:17 (UTC +04:00)
12 dekabr tarixində IDEA İctimai Birliyi tərəfindən Bakının fəvvarələr meydanı və Park Bulvar alış-veriş mərkəzində paytaxt sakinlərinin itlərə münasibəti və şəhərimizdəki küçə itləri haqqında sorğu keçirilib.
IDEA İctimai Birliyi tərəfindən şəhərimizdəki küçə itləri haqqında sorğu keçirilib (FOTO)

Bakı. Trend:

12 dekabr tarixində IDEA İctimai Birliyi tərəfindən Bakının fəvvarələr meydanı və Park Bulvar alış-veriş mərkəzində paytaxt sakinlərinin itlərə münasibəti və şəhərimizdəki küçə itləri haqqında sorğu keçirilib. IDEA-dan Trend-ə verilən məlumata görə, sorğu ölkədə sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi üzrə IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən çoxşaxəli layihənin tərkib hissəsidir.

Məlum olduğu kimi, 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən Qaradağ rayonu ərazisində sahibsiz heyvanlar üçün qayğı mərkəzinin təməli qoyulub. Hazırda inşa edilən həmin mərkəzin yaradılması ilə yanaşı, layihə çərçivəsində həmçinin ölkədə sahibsiz it və pişiklərin çoxalması probleminin araşdırılması, o cümlədən müvafiq sorğuların keçirilməsi planlaşdırılır.

Şəhərin mərkəzində keçirilmiş sorğuda 1500-ə qədər respondent iştirak edib. Qeyd edilməlidir ki, İDEA İctimai Birliyi tərəfindən təşkil edilən və iki həftə davam edəcək həmin sorğu Bakının Yasamal, Binəqədi, Nizami, Xəzər, Nərimanov və Nəsimi rayonları ərazisində də aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti