...

Keçmiş MTN-in intihar edən polkovnikinin meyiti ailəsinə təhvil veriləcək

Cəmiyyət Materials 20 Dekabr 2015 21:17 (UTC +04:00)
Bu gün MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev intihar edib
Keçmiş MTN-in intihar edən polkovnikinin meyiti ailəsinə təhvil veriləcək

Bakı. Trend:

Bu gün MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev intihar edib.

Trend-in məlumatına görə, İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə Trend-ə bildirib ki, mərhumun meyiti ailəsinə təhvil veriləcək.

R. Mirmehdizadə qeyd edib ki, İ. Əliyev dəfn olunmaq üçün sabah Göyçay rayonuna aparılacaq.

Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti