...

Azərbaycanda "2" alan şagirdlərin sayı azalır

Cəmiyyət Materials 23 Dekabr 2015 17:37 (UTC +04:00)
Azərbaycanda son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında “2” qiyməti alanların sayı azalmaqdadır
Azərbaycanda "2" alan şagirdlərin sayı azalır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında "2" qiyməti alanların sayı azalmaqdadır. 2012-ci illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında "2" alan şagirdlər üzrə göstərici 14% azalıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11-ci siniflərində tədris təmayüllər üzrə təşkil olunub. Beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri istifadəyə verilib. Son bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə edərək 22 medal qazanıblar.

2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum - 700 bal toplayıb. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri isə gümüş medala layiq görülüb.

Müasir peşə standartları əsasında təlimlərdən keçmiş 357 nəfər ümumi təhsil məktəblərinə direktor təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti