...

Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb

Cəmiyyət Materials 25 Dekabr 2015 11:55 (UTC +04:00)
Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb.
Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, dünyada baş verən ciddi iqtisadi və maliyyə böhranları nəticəsində bu il ümumilikdə dünya turizmində də artım müşahidə edilməyib.

Ə.Qarayevin sözlərinə görə, Rusiyanın turizm bazarında xaricə gedənlərin sayı 70 faiz azalıb. Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700-800 min nəfərini Rusiyadan gələnlər təşkil edirdi: "Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə də Körfəz, Avropa və Latın Amerikası ölkələrindən gələnlər var.

O bildirib ki, Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti