Bakı. Trend:
"İlkin əlillik Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) deyil, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən təyin edəcək".
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir qeyd edib ki, dekabr ayında nazirlikdə səyyar komissiyaların yaradılması ilə bağlı artıq qərar qəbul edilib: "Bu komissiyalar regionlara səfər edərək vətəndaşların ilkin əlilliyi ilə bağlı müayinə aparacaqlar. Bununla da vətəndaşın əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq".