...

Neftçilər prospekti və Əziz Əliyev küçəsində hərəkət dayandırılır

Cəmiyyət Materials 13 Yanvar 2016 19:02 (UTC +04:00)
Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.
Neftçilər prospekti və Əziz Əliyev küçəsində hərəkət dayandırılır

Bakı. Trend:

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Şirkətdən Trend-ə verilən məlumata görə, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə yanvarın 13-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə 3 günlüyünə dayandırılacaq.

Buna alternativ olaraq, eyni müddətdə nəqliyyatın hər iki tərəfli hərəkəti Zərifə Əliyeva küçəsində təşkil olunacaq. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə biləcəklər.

Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar olaraq, yanvarın 14-də səhər saat 09:00-dan etibarən Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti