...

Xədicə İsmayılla bağlı kasasiya şikayəti verildi

Cəmiyyət Materials 18 Yanvar 2016 14:03 (UTC +04:00)
Jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsi ilə bağlı kasasiya şikayəti verilib.
Xədicə İsmayılla bağlı kasasiya şikayəti verildi

Bakı. Samir Əli - Trend:

Jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsi ilə bağlı kasasiya şikayəti verilib.

Bu barədə Trend-ə X.İsmayılın vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, kasasiya şikayəti artıq Ali Məhkəməyə təqdim edilib. Yaxın vaxtlarda şikayətə baxılacaq vaxt müəyyən ediləcək.

Xatırladaq ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Hökmdən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti