...

Romada Novruz tətilləri (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2016 09:15 (UTC +04:00)
Hər zaman cavan və gözəl Romaya səyahət etməyi çoxdan istəyirdinizsə, Novruz tətilləri bu arzunu həyata keçirmək üçün ən ideal vaxtdır!
Romada Novruz tətilləri (FOTO)

Bakı. Trend:

Hər zaman cavan və gözəl Romaya səyahət etməyi çoxdan istəyirdinizsə, Novruz tətilləri bu arzunu həyata keçirmək üçün ən ideal vaxtdır!

Mart ayında şəhər günəş şüalarının altında çiçəklənən azaliya və kameliyaların ətri ilə dolur, portağal və limon ağacları çiçəklənməyə başlayır, odur ki, əsl baharın gəlişi burada daha çox hiss olunur.

Səs-küylü küçələrdən, yayın isti günlərindən və turistlərin çoxluğundan qaçanlar üçün bu vaxt Romaya səyahət etmək yerinə düşər. Mart ayında zövg ala ala, çiçəklənən mandarin ağacları, kafelər və təzələnən yaşıllığın ətri ilə dolmuş şəhərin küçələrində tələsmədən gəzişə bilərsiniz.

Silk Way Travel şirkəti Romanın gözəlliklərindən zövq almaq arzusunda olan hər kəs üçün yeni Novruz turunu təqdim edir.

Qiymət: 535 EURO-dan*

Gediş və dönüş tarixləri: 20.03.2016 - 27.03.2016

Qiymətə aşağıdakılar daxildir:

Oteldə 8 gün/ 7 gecə (+səhər yeməyi)
Hava limanı-Otel-Hava limanı istiqamətində transfer
Viza dəstəyi
Tibbi sığorta

*Qiymət iki inəfərlik otaqda gecələmə əsasında 1 nəfər üçün hesablanıb.

Ətraflı məlumat üçün:
Nizami küç. 126 А, Bakı, Azərbaycan
Telefon: (012) 437 40 85
Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti