Bakı. Trend:
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Kompüter texnologiyaları tarixi" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Maqsud Həsənov, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Mir Taleh Qəhrəmanov, yaşıl yolda isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Eşqin İbrahimov mübarizə apardı. Bu qarşılaşmanın qalibi Mir Taleh Qəhrəmanov oldu.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.
İnformasiya dəstəyi- Trend, Day.az, Milli.az