...

ADA Universitetində Balaxanı Sənaye Parkı nümunəsində dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Yanvar 2016 13:59 (UTC +04:00)
ADA Universitetində Balaxanı Sənaye Parkının (BSP) nümunəsində “Ekoloji Sənaye Parkları” mövzusunda dəyirmi masa keçirilib.
ADA Universitetində Balaxanı Sənaye Parkı nümunəsində dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

ADA Universitetində Balaxanı Sənaye Parkının (BSP) nümunəsində "Ekoloji Sənaye Parkları" mövzusunda dəyirmi masa keçirilib.

Xəzər-Enerji və Ətraf Mühit Mərkəzinin təşkil etdiyi dəyirmi masada məruzəçi qismində BSP-ni idarə edən "Təmiz Şəhər" ASC-in nümayəndəsi iştirak edib.

ASC-dən Trend-ə verilən məlumata görə, "Təmiz Şəhər"in sektor müdiri Faiq Məmmədov çıxışında sənaye parklarının funksyası, İstehlakçının Genişləndirilmiş Məsuliyyəti (İGM) prinsipi, İqtisadiyyat Nazirliyinin bu istiqamətdə göstərdiyi dəstək barədə danışıb.

F.Məmmədov bildirib ki, burada təkrar emalla məşğul olmaq niyyətində olan şirkətlər üçün dövlət vəsaiti hesabına bütün xarici infrastrukturu qurulur, onlar 7 il müddətinə bir sıra vergidən azad olurlar. Həmçinin dövlət bu müəssisələr üçün güzəştli şərtlərlə kreditlər təklif edir. Belə şərait ölkədə tullantı sənayesinə marağı yüksəldir və getdikcə tullantıların təkrar emalı ilə məşğul olan şirkətlərin sayının artmasına səbəb olur.

Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün 50-ə yaxın şirkət "Təmiz Şəhər"ə müraciət edib. Onlardan öz rentabelliliyi və dayanıqlılığı ilə seçilən 4 şirkət BSP-nin rezidenti kimi qeydiyyatdan keçib. Həmin şirkətlər işlənmiş mühərrik yağlarının emalı və baza yağlarının istehsalının təşkil edilməsi, plastik butulkaların təkrar emalı, təkərlərin soyuq üsulla bərpa olunması, çap-poliqrafiya məhsulları istehsalı ilə məşğul olacaqlar. Həmçinin kvars qumunun hasilatı və zənginləşdirilməsi ilə məşğul olmaq niyyətində olan şirkətlə danışıqlar aparılır.

"Təmiz Şəhər"in nümayəndəsinin verdiyi məlumatlar universitetin əməkdaşlarının və tələbələrin böyük marağına səbəb olub, dəyirmi masa qızğın müzakirələr fonunda keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti