...

AHİK nümayəndələri Polşada görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2016 17:55
Ümumpolşa Həmkarlar İttifaqları Alyansının (OPZZ) dəvəti ilə Polşada səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Alyansın prezidenti Yan Qus tərəfindən qəbul edilib.
AHİK nümayəndələri Polşada görüşlər keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ümumpolşa Həmkarlar İttifaqları Alyansının (OPZZ) dəvəti ilə Polşada səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Alyansın prezidenti Yan Qus tərəfindən qəbul edilib.

AHİK-dən Trend-ə verilən məlumata görə, Alyansın prezidenti rəhbərlik etdiyi qurumun adından qonaqları salamlayaraq, onları öz ölkəsində görməkdən məmnunluğunu ifadə edib. Y.Qus son dövrlərdə Polşa Həmkarlar İttifaqı hərəkatında gedən proseslər haqqında Azərbaycan nümayəndə heyətini məlumatlandırıb, baş verən yeniliklər, hadisələr barədə fikirlərini çatdırıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Polşaya növbəti səfərlərini Azərbaycan-Polşa həmkarlar ittifaqlarının münasibətlərində yeni bir mərhələ kimi qiymətləndirərək əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminlik ifadə edib.

S.Mehbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar təşkilatları ilə əməkdaşlığa, Avropa İttifaqına üzv olan ölkələrin həmkarlar təşkilatları mərkəzləri ilə dostluq əlaqələrinin yaradılmasına və möhkəmləndirilməsinə mühüm önəm verir və fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.

Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti fevralın 3-də Polşa parlamentində də olub, parlamentin Sosial siyasət komissiyasının üzvləri ilə görüş keçirib. Komissiyanın sədr müavini İzabella Mrziqloşka Polşa parlamentinin, eləcə də Sosial siyasət komissiyasının işi və fəaliyyəti barədə qonaqlara məlumat verib.

S.Mehbalıyev də öz növbəsində, üzvü olduğu Azərbaycan parlamentinin işi barədə geniş məumat verib.

Görüşdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti