...

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb

Cəmiyyət Materials 24 Fevral 2016 10:51 (UTC +04:00)
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Birgə Əməliyyat və Səfər Qiymətləndirilməsi" mövzusunda keçirilən kursa Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin zabitləri cəlb olunublar.

Üç gün davam edəcək təlim kursunda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "NATO-nun hərbi strukturu", "Hərbi tərəfdaşlıq", Əməliyyat planlaşdırma prosesi", "Əməliyyatların qiymətləndirilməsi", "Məlumatların toplanması və təhlili" və digər mövzularda məlumatlar veriləcək, sindikatlar keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti