...

Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 22:11 (UTC +04:00)
24 fevral tarixində Qazaxıstanın Aktau şəhərinin dənizkənarı parkında Azərbaycanın Aktaudakı Baş konsulluğunun və Aktau şəhərindəki azərbaycanlı tələbə-gənclərin təşkilatçılığı ilə Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirilib.
Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirilib (FOTO)

Bakı. Trend:

24 fevral tarixində Qazaxıstanın Aktau şəhərinin dənizkənarı parkında Azərbaycanın Aktaudakı Baş konsulluğunun və Aktau şəhərindəki azərbaycanlı tələbə-gənclərin təşkilatçılığı ilə Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində təşkil olunmuş aksiyada Manqistau vilayətində yaşayan çoxsaylı soydaşlarımızla yanaşı, Türkiyənin Aktau şəhərindəki baş konsulu və konsulluğun əməkdaşları, Aktau şəhər ictimaiyyət nümayəndələri, Aktau şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporların rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Aksiyada Xocalı şəhərində qətlə yetirilmiş insanların ruhu anılaraq, üzərində Azərbaycan, qazax, rus və ingilis dillərində "Xocalıya ədalət" sözləri yazılmış yanar şarlar səmaya buraxılıb.

Xəbər lenti

Xəbər lenti