...

"Azərsun Holdinq"in dəstəyi ilə ADA Universitetində Karyera həftəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2016 17:55 (UTC +04:00)
ADA Universitetində ənənəvi Karyera həftəsi öz işinə start verib.
"Azərsun Holdinq"in dəstəyi ilə ADA Universitetində Karyera həftəsi keçirilib (FOTO)

Bakı. Trend:

ADA Universitetində ənənəvi Karyera həftəsi öz işinə start verib.

Ölkənin əsas qida istehsalçılarından olan "Azərsun Holdinq"in sponsorluğu ilə təşkil olunan sərgi artıq 4-ü dəfədir keçirilir. 40-dan artıq şirkətin öz iş imkanları və vakansiyalarını təqdim etdiyi tədbirin məqsədi universitet tələbələrinə gələcək karyeralarının qurulması üçün fürsət yaradaraq, işəgötürənlərlə əyani fikir mübadiləsi imkanı yaratmaqdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən "Azərsun Holdinq"in Müşahidə Şurasının üzvü Tahir Gözəl tələbələrə gələcək iş həyatları ilə bağlı məsləhətlərini verdi, indiki zamanda yüksək təhsilli gənclərə tələbatın artdığını, böyük şirkətlərin yaxşı işçiləri cəlb etmək üçün rəqabət apardıqlarını və getdikcə bu tələbatın daha da artacağını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti