...

Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş təşkil edilib (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2016 14:30 (UTC +04:00)
Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə 27 fevral 2016-cı il tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə...
Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş təşkil edilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə 27 fevral 2016-cı il tarixində "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi və Küveytdə fəaliyyət göstərən "Vətənsevər Dostluq Cəmiyyəti"nin birgə təşkilatçılığı ilə küveytli baykerlər tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş təşkil edilib.

Trend-ə səfirlikdən verilən məlumata əsasən, motoyürüşün məqsədi Küveyt ictimaiyyətinin diqqətini Xocalı həqiqətlərinə cəlb etmək olub.

Küveyt vətəndaşı Bədii Əl-Avaidi yürüşdən öncə soyqırım zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş uşaqlar, qadınlar və yaşlı insanlar barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Yürüş zamanı səfirlik tərəfindən hazırlanmış müxtəlif informasiya-təbliğat xarakterli materiallardan istifadə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti