...

Türk dillərinin vahid terminologiyası üçün 6 minə qədər beynəlmiləl termin toplanılıb

Cəmiyyət Materials 2 Mart 2016 14:26 (UTC +04:00)
Türk dünyasında ilk dəfə olaraq, türk dillərinin vahid terminologiyasının yaradılması üçün texniki sahə üzrə artıq 6 minə qədər beynəlmiləl termin toplanılıb.
Türk dillərinin vahid terminologiyası üçün 6 minə qədər beynəlmiləl termin toplanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Türk dünyasında ilk dəfə olaraq, türk dillərinin vahid terminologiyasının yaradılması üçün texniki sahə üzrə artıq 6 minə qədər beynəlmiləl termin toplanılıb.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.

Vahid terminologiya bazasının yaradılması üçün yalnız beynəlmiləl əhəmiyyət daşıyan terminlərin toplandığını deyən S.Sadıqova ilk olaraq, texniki sahə üzrə beynəlxalq terminlər lüğətinin hazırlandığını, hazırda bu məqsədlə yeni terminlərin toplanılması işinin davam etdiyini də söyləyib.

Yeni hazırlanacaq lüğətdə terminlərin ilk olaraq, Türkiyə türkcəsi, daha sonra Azərbaycan, qazax, türkmən, qırğız və özbək dilində qarşılığı veriləcək.

Komissiyanın sədr müavini əlavə edib ki, texniki-tərəqqi, ictimai-siyasi həyatın inkişafı türk dilləri üçün ortaq terminoloji bazanın yaradılmasını zəruri edir.

O qeyd edib ki, təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməli, anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli terminologiyanın standartlaşdırılması üçün şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti