...

Həbsdə olan şair Saday Şəkərlinin cinayət işi məhkəməyə göndərildi

Cəmiyyət Materials 1 Mart 2016 16:26 (UTC +04:00)
Hədə yolu ilə tələb etməkdə təqsirləndirilərək həbs olunan tanınmış şair Saday Şəkərov (Şəkərli) barəsində Baş prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Həbsdə olan şair Saday Şəkərlinin cinayət işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Hədə yolu ilə tələb etməkdə təqsirləndirilərək həbs olunan tanınmış şair Saday Şəkərov (Şəkərli) barəsində Baş prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Trend-ə S.Şəkərovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, iş yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti