...

Nizami rayonu bir sutka susuz qalacaq

Cəmiyyət Materials 1 Mart 2016 18:09 (UTC +04:00)
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Nizami rayonu bir sutka susuz qalacaq

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda içməli su olmayacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 2 mart 2016-cı il tarixində saat 00:00-dan Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə 24 saat müddətinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti